HƏMAS rəsmiləri həftə sonu Türkiyə ilə əlaqə saxlayıb və İsraillə danışıqlar prosesi haqqında məlumat veriblər.
Bu barədə Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Bildirilir ki, rəsmilər amerikalıların danışıqların gedişi ilə bağlı “nikbin mənzərə” yaratdığını, lakin real vəziyyətin bu olmadığını qeyd ediblər .
HƏMAS-a görə, İsrailin irəli sürdüyü şərtlər daha əvvəl 10 iyunda Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) dəstəklədiyi ssenari və iyulun 2-də HƏMAS-ın təsdiq etdiyi şərtlərdən belə geri qalır.
Müvafiq olaraq, İsrail HƏMAS-dan İsrailin Filadelfi dəhlizində mövcudluğunu qəbul etməyi tələb edir. Həmçinin Netzarim dəhlizindəki nəzarət-buraxılış məntəqələri vasitəsilə cənubdan şimala keçən qəzzalılara nəzarət etmək və HƏMAS-ın azad etmək istədiyi təxminən 300 məhbus siyahısından 100 ada veto qoya bilmək planı qurur.
HƏMAS-ın Türkiyə Xarici İşlər rəsmilərinə verdiyi məlumata görə, İsrail ötən həftəki danışıqlarda vasitəçilərin təkliflərinə belə cavab verməyib. HƏMAS-a görə, İsrailin baş naziri Benyamin Netanyahunun son məqsədi hərbi əməliyyatları davam etdirmək üçün vaxt qazanmaqdır.