image-rt-reklam
image-1backend

HƏMAS-ın Qəzzadakı lideri ÖLDÜRÜLDÜ

image-728x90

HƏMAS-ın Qəzzadakı lideri, hərəkatın xarici ofisinin rəhbəri və İordan çayının qərb sahilindəki radikal qruplaşmanın komandiri Qətərin paytaxtı Dohada İsrail ordusunun güclü və məqsədyönlü zərbəsi nəticəsində öldürülüb.

Ulusal.az xəbər verir ki, məlumatı “Al Hadath” nəşri yayıb. Eyni zamanda, Reuters İsrail rəsmisinə istinadən iddia edir ki, İsrail Qətərdə Həmas liderlərinə endirilən zərbələr barədə ABŞ-ı məlumatlandırıb. “İsrail Hayom” qəzeti isə öz növbəsində Qətərin də zərbələrdən əvvəl məlumatlandırıldığını iddia edir.

Qətər Xarici İşlər Nazirliyi İsrailin yaşayış binalarına endirdiyi zərbələri kəskin şəkildə pisləyib. KİV-in məlumatına görə, Dohada vurulan binada HƏMAS-ın Qəzzadakı lideri, hərəkatın xarici ofisinin rəhbəri və radikal qrupun siyasi bürosunun daha üç üzvü olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90