image-rt-reklam
image-1backend

HƏMAS-ın mətbuat katibi İsrail zərbəsindən sonra öldürülüb

image-728x90

Fələstinin HƏMAS hərəkatının mətbuat katibi Əbdül Lətif əl-Qanua İsrail zərbəsi nəticəsində Qəzza zolağının şimalında ölüb.

Bu barədə Qətərin “Al Jazeera” televiziya kanalı məlumat yayıb.

Bildirilib ki, əl-Qanua Cəbaliya şəhərindəki çadır düşərgəsinə zərbə zamanı ölümcül yaralar alıb.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında döyüş əməliyyatlarını bərpa edərək, anklavı kütləvi zərbələrə məruz qoyub və bununla da yanvarda müəyyən edilmiş atəşkəs rejimini pozub. İsrail Baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın vasitəçilər və ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffun danışıqlarda irəli sürdüyü təklifləri rədd etməsi ilə izah edib və əməliyyatın məqsədinin bütün girovların azad edilməsi olduğunu açıqlayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90