image-rt-reklam
image-1backend

Həm nasistdir, həm də həmcinsi ilə evlənib – Şoltsun yerinə göz dikən “dəmir ledi” kimdir?

image-728x90

Almaniyada fevralın 23-də keçiriləcək yeni parlament seçkilərində mübarizə getdikcə kəskinləşir. Hazırda seçki yarışının əsas lideri kimi Alisa Veydelin (Alice Weidel) adı çəkilir. Sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının namizədi A.Veydelin reytinqi 21 faizə çatıb. Onun hazırki kansler Olaf Şoltsu əvəz edə biləcəyi proqnozlaşdırılır.

Ulusal.az “İzvestiya” nəşrinə istinadən A.Veydel haqqında 7 faktı təqdim edir.

Fakt 1: onun kumiri Marqaret Tetçerdir;

Veydel 2017-ci ildə verdiyi müsahibədə bildirirdi ki, Britaniyanın mərhum baş naziri, “dəmir ledi” ləqəbi ilə tanınan Marqaret Tetçerdən ilham alır. O da hakimiyyətə gələcəyi təqdirdə, Tetçerin proqramını tətbiq etmək – iqtisadiyyatın və rifahın bərpası üçün vergilərin azaldılması siyasətini izləmək istəyir. Həmçinin, xərcləri azaltmaq haqda düşünür.

Fakt 2: o, Rusiya ilə işgüzar və siyasi əlaqələrin bərpasının tərəfdarıdır;

Veydel Ukraynaya bütün hərbi yardımların dayandırılmasını istəyir. Ümid edir ki, müharibənin başa çatmasından sonra Rusiyadan ucuz təbii qazın tədarükünü bərpa etmək mümkün olacaq. Onun fikrincə, Almaniyanın kimya və avtomobil sənayesindəki böhranın səbəbi Rusiyadan enerji axınının kəsilməsidir.

Fakt 3: o, yüksək səviyyədə təhsil alıb, hətta Çin dilini bilir;

Veydel Almaniyanın Barreuth Universitetində biznes və iqtisadiyyat üzrə təhsil alıb. Məktəbi bitirdikdən sonra dünyanın ən böyük investisiya bankı olan “Goldman Sachs”-da aktivlərin idarəedilməsi departamentində analitik kimi çalışıb. İqtisad elmləri doktoru adını alıb. Veydel “Çin Xalq Respublikasında Pensiya Sistemi” mövzusunda doktorluq dissertasiyasını yazmaq üçün 2006-cı ildə akademik mübadilə proqramı çərçivəsində Pekinə köçüb. O, ən yaxşı tələbə kimi Xristian Demokrat və Liberal partiyalarını dəstəkləyən Konrad Adenauer Fpndunun təqaüdçüsü olub, Çin Bankında təcrübə keçib. Altı il Pekində yaşadığı müddətdə Çin dilini mükəmməl öyrənib.

Fakt 4: Avropa İttifaqından çıxmağın tərəfdarıdır;

Veydel hesab edir ki, üzv ölkələrin suverenliyini qaytarmaq və ittifaqın seçilməmiş icra orqanı olan Avropa Komissiyasının səlahiyyətlərini azaltmaq üçün Avropa İttifaqında islahatlar aparmaq lazımdır. O, vahid Avropa valyutası ideyasını dəstəkləmir və Aİ-də islahatlar aparılmayacağı təqdirdə, Almaniyanın ittifaqdan ayrılması mövqeyindən çıxış edir.

Fakt 5: Elon Maskın tərəfdarıdır;

Veydel və namizəd olduğu AfD partiyası respublikaçı Donald Trampın ABŞ seçkilərindəki qələbəsini alqışlayıb. Buna səbəb o və partiyasının gündəminin Trampın gündəmi ilə üst-üstə düşməsi, xüsusilə miqrantlara qarşı mübarizədə ortaq mövqedən çıxış etmələridir. Veydel ixtisaslı işçilərə üstünlük verilən “Kanada sistemi” miqrasiyasının tərəfdarıdır. Dekabr ayında amerikalı milyarder, Trampın müttəfiqi Mask AfD-yə dəstək olaraq, Veydelnin fotosunun altına tvit ataraq, “Almaniyanı yalnız bu partiyanın xilas edə biləcəyini” yazıb. Bu tvit qalmaqal yaradıb və almaniyalı siyasətçilər Maskı seçkilərə müdaxilə etməkdə ittiham edib.

Fakt 6: ailəsinin keçmişdə nasistlərlə əlaqəsi olub;

Veydel AfD-nin digər liderləri kimi, Almaniyanı nasist dövründəki vəhşiliklərə görə “utanc kultu”ndan əl çəkməyə çağırır. Onun nənə və babası Nasist Partiyasının üzvü idi. Babası Hans Veydel 1933-cü ildən “Vaffen SS”-də hüquq məsləhətçisi kimi çalışıb və 1941-ci ildə Varşava komendantlığında hərbi məhkəmənin hakimi olub. O, Üçüncü Reyxin əleyhdarlarına hökm çıxarırdı.

Fakt 7: həm ifrat sağçı, həm LGBT-çi;

Veydel lezbiyandır və bunu gizlətmir. O, şrilankalı film prodüseri Sarah Bossardla sevgilidir. Övladlığa götürdüyü iki oğlu var. Buna baxmayaraq, Veydel yektinlik yaşına çatmamış uşaqlarla nikaha, eynicinsli nikahlara və homoseksuallığın müzakirəsinə qarşı çıxır, ənənəvi gender rollarının qorunub saxlanılmasını dəstəkləyir. Kifayət qədər ziddiyyətli şəxsdir.

Analitiklər hesab edirlər ki, AfD kansler postuna belə bir namzədi irəli sürməklə radikal mövqeyinə görə partiyadan uzaq düşən elektoratı öz tərəfinə çəkməyi planlaşdırır. Veydel həm də istənilən auditoriyada çıxış etməyi bacaran yaxşı natiqdir.

Asif Nərimanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90