image-rt-reklam
image-1backend

Həkimdən XƏBƏRDARLIQ – Bu tarixədək ehtiyatlı olun!

image-728x90

Ötən gündən etibarən paytaxt Bakıda geomaqnit qasırğası müşahidə edilir.

Mütəxəssislərin fikrincə geomaqnit qasırğası meteohəssas, yaşı 60-dan yuxarı olanlar və hər hansı bir xəstəliyi olan insanlarda narahatlıq yarada bilər.

Bəs görəsən bu narahatlıqları aradan qaldırmağa nə kömək edər? Qarşıdakı günlərdə özümüzü Günəşin zərərli dalğalarından necə qoruyaq, Bu, daha çox kimlər üçün ciddi təhlükədir?

Kardio-reanimatoloq Zöhrab Soltanov BAKU.WS-in bu və ya digər suallarını cavablandırıb.

O, bildirib ki, adətən sağlam insanlar geomaqnit qasırğasının təsirlərini hiss etmir, bu, daha çox elektronik cihazlara və müəyyən xəstəliyi olan insanlara təsir edir:

“Burada xüsusən meteohəssas insanlar, xroniki xəstəlikdən əziyyət çəkənlər, yaşlılar özlərini pis hiss edirlər. Maqnit qasırğasına görə bir qisim insanda baş ağrısı, gicəllənməsi, yüksək qan təzyiqinin əmələ gəlməsi, oynaq ağrıları, yuxusuzluq kimi hallar baş verə bilir. Heç bir xəstəliyi olmayan insanların da təzyiqi qalxa, baş ağrıları ola bilər”.

Həkimin sözlərinə görə, maqnit qasırğası ilə bağlı əvvəldən xəbərdar olduqda xəstəliyə uyğun dərmanlar qəbul edilməlidir. Məsələn şəkər xəstəsi buna uyğun dərman vasitəni qəbul edib qasırğanın fəsadlarını azalda bilər:

“Həmçinin qasırğa olan günlərdə yaxşı olar ki, insanlar çox miqdarda maye qəbul etsinlər, bitki tərkibli çaylara üstünlük versinlər. Spirtli, rəngli-qazlı və enerji içkilərindən mütləq şəkildə uzaq dursunlar. Siqaretdən imtina etsinlər. Yuxu rejiminə diqqət olunsun. Bütün günü yataraq keçirmək də olmaz. Bu zaman daimi yorğunluq hiss edilər. Həm xəstə, həm də sağlam insanlar immun sistemini gücləndirməyə çalışsınlar. Bol vitaminli meyvələr qəbul etmək lazımdır”.

Kardio-reanimatoloq maqnit qasırğası zamanı komputer, telefon və bu kimi elektronik cihazlardan çox istifadə etməməyi məsləhət görür:

“Başqa bir amil də var ki, geomaqnit qasırğası daha çox telefonla məşğul olan, televizor və komputerlə vaxt keçirən adamlara mənfi təsir göstərir. Maksimum çalışmaq lazımdır ki, həmin vaxtlarda bu tip cihazlardan uzaq durulsun. Ofis işçilərinə gəlincə isə arada müəyyən fasilə vermək, təmiz hava qəbul etmək kömək ola bilər. Maqnit qasırğası günün bütün saatlarında olmur ona görə də sırf həmin vaxtlarda ehtiyyatlı davranmaq lazımdır”.

Qeyd edək ki, geomaqnit qasırğası aprelin 2-si saat 18:00-dan etibarən başlayacaq və aprelin 5-i 15:00-a qədər davam edəcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90