image-rt-reklam
image-1backend

Heç kim Ukraynanın tərəfində döyüşməyə gəlməyəcək: Avropa Ukraynanı aldadır– The Telegraph

image-728x90

Böyük vədlərin arxasında — Ukraynaya qoşun göndərmək barədə deyilənlər fonunda — heç kimin dilə gətirmədiyi əsas məsələ itib gedib.

Avropa ölkələrinin Ukraynaya hərbi qüvvə göndərmək vədi, guya müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinin bir hissəsi kimi təqdim olunur, əslində isə bu sadəcə sözlərlə ifadə olunan bir həmrəylik jestidir. Reallıqda Ukrayna əvvəlki kimi Rusiya təcavüzünə qarşı tək qalacaq. The Telegraph-da siyasi şərhçi Ouən Metyuz belə yazır.

“Avropa Ukraynaya yalan danışır. Heç bir ordu Ukraynaya kömək etməyə gəlməyəcək. Dünən keçirilən ‘İstəkli Koalisiya’ görüşü cəsarətli bəyanatlarla müşayiət olundu, xüsusilə Fransa prezidenti Emmanuel Makronun ‘Ukraynadakı sakitləşdirici qüvvələr’ adlandırdığı təşəbbüslə bağlı prinsipial razılıq əldə olundu. Amma Makronun planında bir problem var — o da Vladimir Putindir”, – deyə jurnalist yazır.

Metyuz qeyd edir ki, Kreml dəfələrlə NATO ölkələrinin qoşunlarının Ukraynada yerləşdirilməsinin qəbuledilməz olduğunu bildirib və bu mövqe dəyişməz qalıb. Onun fikrincə, Avropalıların bu variantı müzakirə etməyə davam etməsinin yeganə səbəbi “Ukraynaya qarşı növbəti mənasız həmrəylik nümayişidir”.

Jurnalist bildirir ki, ukraynalıların Qərb müttəfiqlərinə qarşı “ciddi şəkildə əsəbləşmək üçün əsaslı səbəbləri var”, çünki onlardan hərçənd ki, əhəmiyyətli yardım alınıb, bu yardım həmişə gecikib və kifayət qədər olmayıb. Bu ləngimənin səbəbi isə Qərbin özü tərəfindən də etiraf olunub: onlar Rusiya ilə birbaşa müharibədən qaçmaq istəyirlər.

“Putinin qəddar işğalı və onun dinc ukraynalılara qarşı davam edən hücumları Qərb seçicilərini hiddətləndirməyə davam edir. Amma eyni zamanda heç kim Donbas uğrunda nüvə müharibəsi aparmaq istəmir. Avropa ‘sülhməramlıları’ planının mənasız olması da eyni məntiqə əsaslanır,” – deyə Metyuz qeyd edir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90