Hüquqşünas Əkrəm Həsənov həbs edilən və ya hərbi xidmətə aparılan şəxslərin kredit borclarının dondurulması ilə bağlı suallara aydınlıq gətirib.
Ə.Həsənov Pravda.az-a açıqlamasında deyib ki, sözügedən şəxslərin kredit borcları dondurulmur.
“Qanunda belə bir şey yoxdur. Təbii ki, bank özü istəsə, həbs edilən və ya hərbi xidmətə aparılan şəxslərə könüllü vaxt verə bilər. Amma buna məcbur deyil”, – o bildirib.