Metbuat.az-ın əldə etdiyi məlumata görə, İslam Rzayev Göyçay rayonunun Hüngütlü kəndində özünə dəbdəbəli ev tikdirib. Həmin kənddə Ramiz Mehdiyevin də əzəmətli villası var. Bu villanın ona keçmiş nəqliyyat naziri Ziya Məmmədovun hədiyyə etdiyi bildirilir.
Qeyd edək ki, Ramiz Mehdiyevin Göyçayda villa sahibi olduğu barədə məlumatlar bir neçə il əvvəl yayılıb. KİV-in ididasına görə, villa 4 hektar ərazini əhatə edir və hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub. Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança var.
Xatırladaq ki, bu gün həbs edilən İslam Rzayev də əslən Göyçay rayonundandır. O, Hüngütlü kəndindəki villa ilə yanaşı, 50 hektar nar bağına da sahibdir.

























