image-2000x150
image-fb_img_1680327289292backend

“Hazırda Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir”- Hərbi ekspert

image-728x90

Müdafiə sənayesi naziri Mədət Quliyev:

“Hazırda Azərbaycan İsraillə birlikdə pilotsuz uçuş aparatı istehsal edir”.

“Əslində çox gözəl xəbərdir. Amma PUA-nın markasını desəydilər daha yaxşı olardı. İndi bütün saytlar müsahibə istəyəcək. Nə deyəcəyimi də bilmirəm. “- Vətəninfo.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabından paylaşıb.

Hərbi ekspert bildirib ki, kimin marka barədə məlumatı varsa yazıb mənə yardım etsin.

Hərbi ekspert bununla bağlı öz fikirlərini bölüşüb:

“1. Əgər söhbət “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan “Zərbə” pilotsuz uçuş aparatlarından gedirsə, bu 2016-cı ilin xəbəridir.

2. Əgər söhbət İsrailin “Aeronautics” şirkəti ilə müştərək əsasda “Azad Systems” müəssisəsində istehsal olun “Pegasus 120” adlanan PUA-dan gedirsə, bu 2018-ci ilin xəbəridir.

3. Mədət Quliyev isə vəzifəyə 2019-cu ildə təyin edilib.

4. Türkiyə, Rusiya, ABŞ və ya İsrail ciddi potensiala malik yerli istehsal məhsullarının bütün mərhələləri barədə ictimaiyyəti dərhal məlumatlandırır. Azərbaycanda isə silah istehsalında tapmaca tapmağa çalışırıq.”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90