image-rt-reklam
image-1backend

Hansı ölkələrin nüvə silahı var? -Dünya təhlükə ilə üz-üzə

image-728x90

Dünyada nüvə zərbəsi endirmək gücünə malik 15 ölkə var. Halbuki Nüvə Silahlarının Yayılmaması haqqında Beynəlxalq Müqavilə yalnız 5 ölkəyə – ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniyaya belə arsenala sahib olmağa icazə verir. Ulusal.az xəbər verir ki, bu barədə Military Watch Magazine məlumat yayıb.

Məqalənin müəllifləri ölkələri nüvə arsenalının həcminə, növünə və gücünə görə dörd kateqoriyaya ayırıblar:

Birinci kateqoriya – ən güclü ölkələr: ABŞ, Rusiya və Çin.
Bu üç dövlət başqa qitədəki hədəflərə nüvə zərbəsi endirmək imkanına malikdir. Onların nüvə silahları həm havadan, həm dənizdən, həm də qurudan istifadə olunur və 5600 km məsafədəki hədəfləri vura bilir. Bununla belə, zəif tərəfləri də var: Çinin arsenalı ABŞ və Rusiyanın arsenalından 20% böyükdür, Amerikanın nüvə arsenalı isə hələ də 1970-ci illərdən bəri yenilənməyib.

İkinci kateqoriya – Şimali Koreya, Hindistan, Pakistan və İsrail.
Bu ölkələr beynəlxalq müqavilələrin kənarında nüvə silahı hazırlayıblar. Onlardan yalnız Şimali Koreyanın qitələrarası ballistik raketləri yoxdur, digər üç ölkənin isə havadan buraxılan nüvə silahı mövcuddur.

Üçüncü kateqoriya – Böyük Britaniya və Fransa.
Hər iki ölkənin nüvə arsenalı əsasən sualtı qayıqlarda yerləşdirilib. Lakin burada da müəyyən texnoloji köhnəlmə müşahidə olunur.

Dördüncü kateqoriya – Almaniya, Hollandiya, Türkiyə, Belçika və İtaliya.
Bu dövlətlərin öz nüvə silahları yoxdur, amma ABŞ-la birgə istifadəyə dair müqavilələri var. Yəni Amerika nüvə silahı onların ərazilərində yerləşdirilə bilər, lakin yalnız ABŞ-ın icazəsi ilə istifadə oluna bilər.

Məqalədə həmçinin qeyd edilir ki, Belarus da bu qrupa daxildir. Çünki Rusiya 2023-cü ildən etibarən bu ölkədə taktiki nüvə silahı yerləşdirməyə qərar verib və 2024-cü ilin sonuna qədər həmin silahlar artıq orada olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90