image-rt-reklam
image-1backend

Hanı sanksiya? – Görün Rusiya ilə ABŞ arasında ticarətin həcmi nə qədər artıb

image-728x90

Bu ilin martında Rusiya ilə ABŞ arasında ticarət dövriyyəsinin həcmi 1,5 dəfə artaraq 471 milyon dollar təşkil edib.

Ulusal.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, bu rəqəm Rusiya uranının Amerikadan idxalının bərpası ilə əlaqədar artıb.

Ümumilikdə yazın ilk ayında ABŞ-a çatdırılan Rusiya mallarının aylıq dəyəri 427 milyon dollar təşkil edib. Fevralda bu, 287,9 milyon dollar, yanvarda 244 milyon dollar səviyyəsində qiymətləndirilib. Mart ayında Vaşinqton Rusiya Federasiyasından 127 milyon dollar dəyərində 54,5 ton uran idxal edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90