image-rt-reklam
image-1backend

“HAKİMİYYƏTİNİZ ƏSƏD KİMİ ÇÖKÜR…” – Qərb fars rejimindən dəstəyini niyə kəsəcək?

image-728x90

Bugünlərdə İranın keçmiş Prezidenti Mahmud Əhmədinejad dini lider Əli Xameneiyə ölkədə vəziyyətin son dərəcə kritik olması ilə bağlı məktub ünvanlayıb. Məktubda belə sərt ifadələrə yer verilib: ˝Ölkədə vəziyyət çox bərbaddır. Hakimiyyətiniz Əsəd rejimi kimi çökür. Əsəd Moskvaya qaça bildi. Amma rejim çökəndə siz Rusiyaya da qaça bilməyəcəksiniz. Artıq ideologiyamız da çöküb. Xalq bizim dini ideologiyamıza inanmır. Təcili islahatlar aparın, ölkəni xilas edin˝.

 

İranda vəziyyətin ağır olduğu bilinən faktdır. Lakin, keçmiş İran Prezidentinin, yəni ölkənin içindəki vəziyyəti incəliklərinə qədər bilən şəxsin belə bədbin etiraflar etməsi durumun nə qədər fəlakətli olduğunun göstəricisidir. Əhmədinejad uzun illər prezident kürsüsündə oturub, hansı situasiyada hansı ifadəni işlətməyin nə dərəcədə əhəmiyyətli olduğunun fərqindədir. ˝Əsəd rejimi kimi çökürsünüz˝ ifadəsi İrandakı vəziyyətin də çöküş öncəsi Suriyadakı vəziyyətə oxşar olduğu anlamına gəlir. Suriyada məzhəbsəl azlıqda olan ələvilər çoxluqda olan sünnilər üzərindəki hakimiyyətlərini çox böyük basqılar hesabına saxlaya bilirdilər. 

Nəticə göz önundədir. İranda da vəziyyət oxşardır. Lakin bu ölkədə əhalinin bölünməsi və bir zümrənin başqa zümrələr üzərindəki basqıları məzhəb müstəvisində deyil, millətlər müstəvisində baş verir. Müxtəlif məlumatlara görə, İran əhalisinin 25-30 faizini təşkil edən farslar digər millətlər üzərində fars millətçiliyinə əsaslanan sərt və şovinist idarəçilik sistemi qurublar. Əhmədinejad İrandakı fars rejimini Suriyadakı ələvi rejiminə bənzədir, bir qədər üstüörtülü şəkildə fars azlığın türk və digər millətlər çoxluğu üzərindəki basqıçı hakimiyyətinin artıq sürdürüləbilir olmadığının altını cızır.

Fars rejimi sürətlə tükənir. Aldığı çox böyük geopolitik yenilgilər İranı öz içinə çəkilməyə məcbur edib. İdeologiya çöküb, yüz milyardlarla dollar para yatırılmış layihələr batıb. İranın xaricindəki layihələrini yönəldən qurum İslam İnqilabı Keşikçiləri Korpusudur (İİKK). Ölkə daxilində də dini liderdən sonra ən qüdrətli güc İİKK-dır. Bu qurum iqtisadiyyatın və sosial-siyasi həyatın ən əhəmiyyətli sahələrinə nəzarət edir. İndi geopolitik layihələr biabırçı şəkildə çöküb və bu çöküş istənilən halda İİKK-nın daxildəki çöküşünü də qaçılmaz edəcək. Bu super qurumun mənəvi çöküşü artıq başlanıb. İmperiyaların çöküşü də hər zaman dövlətin sütunu olan belə qurumların çöküşü ilə başlanır.

Molla rejimini ayaqda saxlaya biləcək bütün faktorlar sürətlə gündəlikdən çıxır. Əhmədinejad və digər fars millətçiləri bu fəlakəti görür və haray qopararaq xilas axtarırlar. Xilas isə yoxdur. Çoxmillətli dövlətin daxilində millətlərarası münasibətlər az qala düşmənçilik səviyyəsindədir. İqtisadi durum fəlakətin tam ortasındadır. Dünyanın ikinci ən böyük qaz yataqlarına sahib olan ölkədə qaz və elektrik çatışmazlığı ucbatından məktəblər, dövlət idarələri qapadılır. Korrupsiya tüğyan edir, siyasi və şəxsi azadlıqlar bərbad vəziyyətdədir. Üstəlik, bütün hakimiyyət səlahiyyətlərini öz əlində cəmləşdirmiş dini lider qoca və xəstədir, onun taxtı uğrunda gizli çarpışmalar gedir. Bütün bunlar istənilən çoxmillətli imperiyanın daşını daş üstündə buraxmayacaq tutarlı səbəblərdir.

Lakin fars rejiminin hələlik tam olaraq itirmədiyi bir faktor var. Bu, ABŞ-nin və bütövlükdə Qərbin molla rejiminə olan gizli dəstəyidir. Bu dəstək tam itirilməsə də, əhəmiyyətli dərəcədə zəfləyib. Fars rejimi Qərb üçün iki mühüm məsələdə gizli tərəfdaş olub. Bunlardan birincisi Böyük Orta Doğuda Qərbin nəzarətini təmin etmək üçün yürüdülən məzhəb düşmənçiliyi siyasəti olub. İran məzhəb düşmənçiliyi ilə regionu parçalayır, Qərb isə hökm edirdi. Bu siyasət biabırçılıqla çöküb. İkinci istiqamət isə Qərbin uzun əsrlər boyu çox böyük önəm verdiyi anti-türk siyasətidir. Bu istiqamət indi də aktualdır.

Bir məqama diqqət yetirək. Məzhəb düşmənçiliyi layihəsinin iri addımlarla yürüdüyü dövrdə İranın türk Prezidenti Pezeşkianın ˝Mən türkəm, türklüyümlə fəxr edirəm, evdə uşaqlarımı farsca danışmağa qoymuram˝ ifadələrinə fars rajimi etiraz etmirdi. İndi isə türklərin Tehrandakı tədbirində Pezeşkiana türkcə şeir deməyə də imkan verilmir. Rəsmi Tehran yenidən sərt anti-türk siyasətinə qayıdır və bunu Qərb tərəfdaşlarının gözünə soxur. Tehranın anti-türk siyasəti Qərb üçün, əlbəttə, maraqlıdır. Lakin ABŞ, İsrail və bütövlükdə Qərblə İran arasında həlli mümkünsüz görünən maraqlar konflikti yaranıb. İran nüvə silahı əldə etmək ərəfəsindədir. Tehran fars rejimini qoruyub saxlamanın yeganə yolunu atom bombası yaratmaqda görür. ABŞ və xüsusilə İsrail isə buna imkan verməyəcəklərini ən sərt formada bəyan edirlər. 

Belə görünür ki, Qərb, ˝anti-türk siyasəti˝, yoxsa ˝atom bombalı İran˝ seçimi qarşısında qalıb. İranın atom bombasına sahib olması, avtomatik olaraq, Səudiyyə Ərabistanı və Türkiyənin də nüvə dövlətinə çevrilməsi deməkdir. Bu isə dünya çapında mövcud olan bütün dəngələrin darmadağın olmasıdır. Min bir məşəqqətlə öz hegemoniyasının ömrünü uzatmağa çalışan ABŞ, əlbəttə ki, bu dəngələrin dağılmasına qarşıdır. Böyük ehtimalla, İranın nüvəsizləşdirilməsi naminə anti-türk siyasəti qurban veriləcək. Belə ki, İran parçalanmasa nüvə ambisiyalarından əl çəkməyəcək, parçalanmış İranın isə anti-türk siyasəti aparmaq qabiliyyəti qalmayacaq.“AzPolitika.info”

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90