image-rt-reklam
image-1backend

Hakimi vuran klub prezidenti 10 il azadlıqdan məhrum olunacaq?

image-728x90

Türkiyənin “Ankaragücü” klubunun sabiq prezidenti Faruk Koca 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Ulusal.az  report-a istinadən xəbər verir ki, buna funksionerin baş hakim Halil Umut Meleri yumruqla vurması səbəb olub.

Referinin yanaq sümüyü sındığı üçün Faruk Koca “qəsdən yaralama”da ittiham olunacaq. Qanun bu cinayətə görə 1 ildən 3 ilədək həbs cəzası nəzərdə tutur. Lakin həmin hərəkət vəzifə başında olduğu vaxt törədildiyindən və hakimin üzündə sınıqların əmələ gəlməsindən dolayı cəzalar iki dəfə artırılacaq.

Bundan əlavə, “idmanda zorakılığın və nizam-intizamın qarşısının alınması haqqında” qanuna əsasən, idman arenalarında qəsdən xəsarət yetirilməsinə görə də cəza nəzərdə tutulur.

Beləliklə, sabiq klub prezidenti 3 il 4 ay 15 gündən 10 il 3 ayadək həbs cəzası ala bilər.

Qeyd edək ki, Superliqanın XV turunun “Ankaragücü” – “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq baş hakim Halil Umut Meleri yumruqla vurub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90