Türkiyənin Xarici işlər naziri Hakan Fidanın 4-5 il əvvəl ona sui-qəsd edildiyini açıqlaması böyük səs-küyə səbəb olub.
Ulusal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin olayla bağlı yeni təfərrüatlar ortaya çıxıb.
Mövzu ilə bağlı məqalə yazan “Yeni Şafak” qəzetinin əməkdaşı Yəhya Bostan bəzi məqamlara toxunub. KİV nümayəndəsi zəhərlənmə cəhdinin xaricdəki bir ölkədə baş verdiyini iddia edib: “Civə buxarı verilərək sui-qəsdə cəhd edilmişdi. İki il müalicə aldı və təhlükə sovuşdu”.
Qeyd edək ki, sui-qəsd cəhdi H.Fidan Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri işlədiyi dövrdə olub.Teleqraf