Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla cümə axşamı Yohannesburqda (Cənubi Afrika Respublikası) keçiriləcək G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində ikitərəfli danışıqlar aparacağını gözləyir.
Ulusal.az xəbər verir ki, bu barədə TASS-a Türkiyənin Xarici İşlər Nazirliyindən mənbə məlumat verib.
“Xarici işlər naziri Hakan Fidan G20 Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində fevralın 20-də keçiriləcək 27-ci MİKTA (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə, Avstraliya) toplantısında iştirak edəcək. Bu günə qədər nazirin ikitərəfli görüşləri planlaşdırılıb. Bunlar arasında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov və Çin Xalq Respublikasının xarici işlər naziri Van İ ilə görüşlər də var”, – mənbə bildirib.