image-2000x150
image-photo_235551backend

Hakan Fidan İrana barmaq silkələdi – Türkiyə BAŞLAYIR…

image-728x90

Türkiyənin İraqda keçirəcəyi antiterror əməliyyatları İranın terrorçulara dəstək verdiyi Süleymaniyyəni də əhatə edəcək. Artıq Türkiyə və İraq terrorla mübarizədə birgə hərəkət qərarı verib.

Ulusal.az xəbər verir ki, bunu Türkiyənin “Haber7” portalının redaktoru Erkan Talu deyib.

Onun sözlərinə görə, Bağdadla əldə edilən razılaşma quru əməliyyatı ilə 378 kilometrlik İraq sərhədindən 30-40 kilometr dərinliyə qədər təhlükəsiz xəttin qurulmasını nəzərdə tutur. Prezident Rəcəb Tayyib Ərdoğanın Ramazandan sonra bölgəyə səfəri ilə əməliyyatın başlayacağı düşünülür.

“Tehranla yaxın əlaqələri olan Bafel Təlabani əməliyyatdan əvvəl Süleymaniyyədə PKK-ya yer açıb. Süleymaniyyə “Yeni Qəndil” olaraq qəbul edilməyə başlanıb. ABŞ-nin maddi-texniki dəstək verdiyi terrorçulara təlimlərin İranın təsir dairəsində bölgədə keçirilməsi diqqət çəkir”, – Talu bildirib.

Əvvəlcə Prezident Ərdoğan, sonra xarici işlər naziri Hakan Fidan məsələ ilə bağlı xəbərdarlıq edib.

Hakan Fidan Süleymaniyyədəki Təlabani administrasiyasına müraciətində deyib: “Süleymaniyyədəki dostlarımız yol yaxın olduğu halda səhvlərini düzəltməlidirlər”.

Türkiyənin baş diplomatı bu bölgədə terror təşkilatlarına yer olmadığını vurğulayıb. Fidan Türkiyənin əməliyyatda qərarlı olduğunu bildirib. Onun sözlərinə görə, PKK terrorçularının bu bölgədən faydalanmasının qarşısını almaq Türkiyənin haqqıdır.

Talu qeyd edib ki, Süleymaniyyədəki “Kürdüstan Vətənpərvərlər Birliyi” rəhbərliyinin PKK ilə sıx əlaqələri var. Bu durum Türkiyənin milli təhlükəsizliyi və regional maraqları üçün təhlükə yaradır.

Jurnalist vurğulayıb ki, İraqın keçmiş prezidenti Cəlal Təlabaninin ölümündən sonra Süleymaniyyədə regional hakimiyyət uğrunda mübarizə gedir:

“Bafil və Qubad qardaşları hakimiyyət uğrunda mübarizə aparır. Bafilin PKK-YPG terror təşkilatı ilə əlaqələrini inkişaf etdirmək, Ərbilə qarşı güc yaratmaq, İranla yanaşı ABŞ-dən də dəstək almaq istədiyi bəllidir. Separatçı təşkilatın Ərbillə yaxşı münasibətdə olmadığı da məlumdur. PKK “rəsmilər”i Bərzani administrasiyasının “türk dostu” olduğunu iddia edirlər”.

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada olduğu kimi, artıq İraqda da əməliyyatlarının dərinliyini genişləndirib. Dağlarda başlayan terrorçuların zərərsizləşdirilməsi istiqamətində fəaliyyətlər İraqın daxili nöqtələrinə də çatıb. Eləcə də Süleymaniyyəyə…

Talu söyləyib ki, İran Süleymaniyyə administrasiyasına dəstək verir:

“Bununla belə, durumun dəyişəcəyi təqdirdə Tehranın Təlabaniyə görə Türkiyə ilə münaqişə riskinə girməyəcəyi də proqnozlaşdırılır. Əslində İsrailin Körfəz ölkələri və Azərbaycanla münasibətlərini nəzərə alsaq, İran yeni düşmən istəməz. ABŞ-nin terrorçulara verdiyi bütün dəstəyə baxmayaraq, Türkiyə Silahlı Qüvvələrinin keçirdiyi əməliyyatlarda Ankara ilə qarşıdurma yaratmamağa üstünlük verdiyi görünür.

Bütün bunları nəzərə alaraq, Bafil terrorçulara dəstək vermək əvəzinə, köklü dövlət ənənəsinə malik və hələ də özünü düşmən kimi göstərməyən Türkiyə ilə münasibətlərini yaxşılaşdırması onun üçün faydalı ola bilər.

İraq rəhbərliyi də terrorla mübarizə qərarı təkbaşına verilməyəcək. Bu, İranın dəstəklədiyi “Həşd əş-Şabi”nin razılığı ilə baş tutacaq. Belə olan halda Bafilin özünü qorumaq üçün heç bir silahlı qüvvəsi qalmır. Məlumata görə, o, Ankaranın regional hakimiyyət mübarizəsində kritik rola malik olduğunu bildiyi üçün Türkiyə ilə təmasa keçmək istəyir. Türkiyənin bu məsələdə mövqeyi bəllidir. PKK-ya güzəştlər bitənə qədər Bafillə görüşün olmayacağı açıq şəkildə ifadə edilir”.

Martın 14-də Bağdadda Türkiyə və İraq nümayəndə heyətləri arasında keçirilən görüşdə birgə terrorla mübarizə qərarı verilib. Toplantıda Ankaranı xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər, MİT rəhbəri İbrahim Kalın təmsil edib. Həmçinin toplantıya yüksək rütbəli İraq rəsmiləri ilə yanaşı, “Həşd əş-Şabi” lideri və İraq Kürd Muxtariyyətinin daxili işlər naziri də qatılıb /Teleqraf.com/.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90