image-rt-reklam
image-1backend

Hakan Fidan bu məsələ ilə bağlı Rusiyaya gedəcək: Partiya sədri qətiyyət tələb etdi

image-728x90

Türkiyənin VATAN (Vətən) partiyasının lideri Doğu Perinçək Türkiyənin dövlətlərarası assosiasiya olan BRICS-ə (ingiliscə BRICS – Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) üzvlüyü məsələsində Qərblə sövdələşmənin qəbuledilməz olduğunu, Ankaranın daha qətiyyətli mövqe tutduğunu bildirib.

Ulusal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın BRİKS-ə üzv olmaq istədiyini bildirmişdi. Onun sözlərinə görə, gələn həftə Rusiyaya səfər etməyi və BRİKS ölkələrinin Xarici İşlər Nazirləri Şurasında iştirak etməyi planlaşdırır.

“Hakan Fidanın BRİCS ilə bağlı açıqlamaları çox önəmlidir, lakin Rusiya ilə bank problemi yaranarsa, Türkiyə BRICS-ə üzvlük məsələsində həlledici olmalıdır. Əgər Türkiyə BRİKS-in üzvüdürsə, o zaman Qərb Rusiyaya qarşı sanksiyalarını geri çəkməlidir. Bununla da təşkilata qarşı səmimiyyətinizi nümayiş etdirmək lazımdır”, -Perinçək bildirib.

Rusiya 2024-cü il yanvarın 1-dən BRİKS-in sədri oldu. Həmin gün Efiopiya, Misir, İran, BƏƏ və Səudiyyə Ərəbistanı rəsmi olaraq təşkilata üzv olub. 2023-cü ilin avqustunda təklif alan Argentina Xavyer Miley hakimiyyətə gəldikdən sonra bloka qoşulmaqdan imtina etdi.

Qeyd edək ki, “Vətən” solçu partiyadır, Türkiyənin ilk prezidenti Mustafa Kamal Atatürkün mövqelərində dayanır. Partiya özünü 1919-cu ildə yaradılmış Sosialist Fəhlə və Kəndlilər Partiyasının varisi hesab edir. Türkiyə parlamentində təmsil olunmasa da, xüsusilə bölgələrdə nüfuzlu qüvvədir.publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90