image-rt-reklam
image-393525backend

Hafiz Hacıyevdən sensaion açıqlama:”Mehdiyev qaynı Qukasyanı o vaxt Daxili İşlər Nazirliyinə vəzifəyə gətirdi”

image-728x90

Son günlər Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı baş verən hadisələr ölkə gündəmini zəbt edib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev barəsində 4 aylıq həbs qərarı verilən və dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevlə bağlı bəzi sensasion məqamları açıqlayıb.

O bildirib ki, Ramiz Mehdiyev uzun illər dövlətin inkişafını ləngidib və paralel idarəetmə sistemi formalaşdırıb:

“Mən bütün bunları 2010-cu ildə demişəm, indi hamısı təsdiqini tapıb. Azərbaycan dövlətinin inkişafını tormozlayan Ramiz Mehdiyev olub. O, dövlət içində dövlət yaradıb. Harada azərbaycanlı olmayan, milli mənsubiyyəti şübhəli insanlar varsa, hamısını vəzifəyə gətirib”, – deyə MMP sədri vurğulayıb.

Hacıyev həmçinin iddia edib ki, Mehdiyevin yaxın çevrəsində vəzifəyə gətirilən şəxslərin bəziləri erməni əsilli olub:

“Qayını Qukasyanı o vaxt Daxili İşlər Nazirliyin pasport qeydiyyatı şöbəsinə vəzifəyə gətirmişdi. O isə Bakıda yaşayan ermənilərin soyadlarını dəyişdi vəzifəyə yerləşdirdi. Bu gün məmurların yoldaşlarının bir çoxu ermənidir. Baş nazirin müavinlərindən birinin həyat yoldaşı da erməni idi. Mən bunları vaxtında demişəm”, – deyə o, qeyd edib.

Partiya sədri həmçinin bəzi hazırkı məmurların və deputatların da keçmişdə Ramiz Mehdiyevlə sıx əlaqədə olduğunu bildirib:

“Bugün Milli Məclisdə deputat olan Mübariz Qurbanlı, Dini Komitədə onun müavini işləmiş Səyyad Aran və digərlərini qeyd edə bilərik. Çoxlu sayda icra başçıları var ki, ikili oyun oynayırlar”, – Hafiz Hacıyev deyib.

O, həmçinin vurğulayıb ki, Ramiz Mehdiyevin ətrafında olan insanlar təmizlənməyənə qədər dövlət strukturlarında səmərəli işin bərpası çətin olacaq.konkret.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90