image-rt-reklam
image-1backend

Hafiz Hacıyev namizədliklə bağlı son qərarını verdi – Açıqlama

image-728x90

2024-cü il fevralın 7-də keçirilməsi gözlənilən növbədənkənar prezident seçkilərinə namizədlər hələ dəqiqləşməyib. İndiyə kimi bir neçə siyasətçinin adı çəkilsə də, onlar rəsmi şəkildə nazmizədliklərini açıqlamayıblar. Bunlardan biri də Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

Ulusal.az xəbər verir ki, Globalinfo məsələ ilə bağlı Hafiz Hacıyevlə əlaqə saxlayıb.

O qeyd edib ki, dekabrın 14-də keçiriləcək qurultayda bu məsələ müzakirə ediləcək:

“Amma namizədliyimi irəli sürməyəcəm. Müasir Müsavat Partiyasından kiminsə seçkilərdə iştirakı isə idarə heyətinin iclasında məlum olacaq. Lakin partiyada da seçkilərlə bağlı narazılıqlar var. Müxtəlif bəhanələrlə iştirak etmək istəmirlər.

Mənim namizədliyimi irəli sürməməyimin səbəbləri var. Belə ki, bəzi qüvvələr bütün uğursuzluqların günahını məndə görür. Guya mən namizədliyimi versəm, özünü müxalifət adlandıran qüvvələrə qarşı gedəcəm. Həmin bəhanələri əldən almaq, qınağa tuş gəlməmək üçün bu addımı atıram. Özünü ana müxalifət adlandıranlar namizədliyini irəli sürsün. Onda görəcəyik mövcud uğursuzluqlarda kimin adını çəkəcəklər. Biz dövlətçiliyi müdafiə edən partiyayıq və sona qədər də belə davam edəcəyik “.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90