image-2000x150
image-1683011977_1677744053_334425632_219597400532398_8676547676835255218_nbackend

Hacı Şahinin yerinə TƏYİNAT

image-728x90

Məşədi Dadaş məscidinə yeni imam təyin edilib.

Ulusal.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Sədr bildirib ki, məscidə Əli Şərbətov imam təyin olunub və o bu gün təqdim olunacaq. O, həmçinin məscidə yeni təyinatların olacağını vurğulayıb: “Məscidə əlavə təyinatlar da olacaq. Eyni zamanda qadın dini ayinlərinin icraçısı da təyin ediləcək”.

Qeyd edək ki, bundan əvvəl “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90