image-2000x150
image-serbetbackend

Hacı Şahinin yerinə təyin olunan Şərbətov kimdir?

image-728x90

Xəbər verdiyimiz kimi, “Məşədi Dadaş” məscidinin imamı mərhum Hacı Şahin Həsənlinin yerinə təyinat olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmri ilə Hacı Əli Şərbətov “Məşədi Dadaş” məscidinə yeni imam təyin olunub.

Qeyd edək ki, Hacı Əli Şərbətov dini çevrələrdə o qədər də populyar şəxs deyil. O, əvvəllər Bakı İslam Universitetində pedaqoji fəaliyyət göstərib. Əli Şərbətov bu təyinata kimi Abşeron rayonu Saray qəsəbəsinin, daha sonra Ceyranbatan qəsəbəsinin məscidinin imamı olub.

Hacı Şahin Həsənlinin xələfi sosial şəbəkələrdə o qədər də tanınmır. O, “Facebook” və “İnstagram” kimi populyar sosial şəbəkələrdə fəaliyyətə həvəs göstərmir. Əli Şərbətov dini sferada təmsil olunduğu çoxillik zaman kəsiyində cəmi bir-iki dəfə “YouTube” üzərindən fəaliyyət göstərən dini kanallarda qonaq olub.

İnternet resurslarında Hacı Əli Şərbətovun şəxsi həyatı ilə bağlı hər hansı informasiya yoxdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90