image-2000x150
image-1backend

Hacı Məmmədovun dəstəsinin üzvünün işi – Məhkəmədə

image-728x90

Adam oğurluğunda ittiham olunan Abuzər Abuzərovun və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin cinayət işi məhkəmə iclası keçirilib.

Ulusal.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili sənədlərlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi aprelin 6-na təyin edilib.

Hüseynağa Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Hüseynağa Zərbəliyev digər şəxslərlə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edib. Onlar Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum ediblər.

Belə ki, Hüseynağa Zərbəliyev 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovla birlikdə paytaxt sakini Tofiq Bayramova basqın edərək onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb ediblər.

Abuzər Abuzərovun rəhbərlik etdiyi silahlı qrupa Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və digər şəxslərlə birlikdə üzv kimi daxil olub.

Hüseynağa Zərbəliyevin Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəza almış Hacı Məmmədovla əlaqəsinin olduğu deyilir.

Qeyd edə ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı ilə Hacı Məmmədov və 25 nəfərdən ibarət olan dəstəsi 2005-ci ildə ifşa olunub. Ömürlük həbsə məhkum olunan Hacı Məmmədov cəzasının 12-ci ilində, 2017-ci ilin aprelin 17-də Penitensiar Xidmətin müalicə müəsissəsində intihar edib.Teleqraf.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90