image-rt-reklam
image-1backend

Gürcüstan sərhədində QALMAQAL: Erməni yük maşınları saxlanılır, sənədlər müsadirə olunur

image-728x90

Rusiya gömrüyünü keçdikdən sonra bir neçə gündür müxtəlif şirkətlərə məxsus onlarla erməni yük maşını Gürcüstana daxil ola bilmir.

Ulusal.az  xəbər verir ki, Gürcü tərəfi yük maşınlarının buraxılması üçün şirkət sahiblərinin şəxsən iştirakı şərtini qoyub.

Bu proses zamanı isə daşımalara aid sənədlər müsadirə edilir.

Sürücülər və şirkət nümayəndələri rəsmi izahat verilmədən saxlanılır, yük maşınlarının niyə ölkəyə buraxılmadığı barədə məlumat açıqlanmır.

Hazırda sərhədin neytral zonasına təxminən 50 erməni yük maşınının toplaşdığı bildirilir. Məlumatlara əsasən, yaranan gecikmələr yalnız erməni daşıyıcılarına aiddir.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90