Noyabrın 4-də saat 19:00-da Prezident Xartiyasını imzalayan partiyalar Tbilisinin Rustaveli prospektində seçkinin nəticələrinin ləğvi tələbi ilə aksiya keçirəcəklər.
Ulusal.az xəbər verir ki, bu barədə “Güclü Gürcüstan”ın liderlərindən biri Anna Dolidze birgə mətbuat konfransında bildirib.
“Biz bazar ertəsi, saat 19:00-da Rustavelidə görüşəcəyik və orada tədbir planı, qanuna uyğun, dinc, lakin mütəşəkkil şəkildə etirazımızın necə davam edəcəyi barədə ətraflı danışacağıq”, – siyasətçi deyib.
Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələri tanımayan müxalifət partiyaları “Güclü Gürcüstan” koalisiyasının ofisində birgə məsləhətləşmələrdən sonra müvafiq qərar qəbul ediblər. Bu məsləhətləşmələrdə “Birlik-Milli Hərəkat”, “Dəyişiklik Naminə” Koalisiya və “Güclü Gürcüstan” liderləri iştirak ediblər.