“Qonşu Gürcüstandakı seçkilər bölgə üçün mühüm əhəmiyyət kəsb edir. Gürcüstandakı seçkilərdə hakimiyyət indiyədək aparılan xarici siyasətin səhv olduğunu anlayıb.” – bu fikirləri Space televiziyasına açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, indi Gürcüstan cəmiyyəti iki cəbhəyə bölünmüş vəziyyətdədir.
“İndiki vəziyyətdə qonşu Gürcüstanda “Gürcü arzusu” partiyası daha çox xalqın səsini qazana bilib. Seçkilərə 9 gün qalır. Hesab edirəm ki, Gürcüstan cəmiyyəti seçimində yanılmayacaq.”- deyə Cavanşir Feyziyev bildirib.
Daha ətraflı videomatrealda: