image-2000x150
image-iran_etiraz1676400755backend

Güney Azərbaycan şəhərlərində aksiyalar keçirildi

image-728x90

Mayın 7-də Güney Azərbaycanın Zəncan, Qəzvin, Xiyav və Təbriz şəhərlərində etiraz aksiyaları keçirilib.

Ulusal.az xəbər verir ki, aksiyalar dəmiryolu və tibb işçilərinin təşəbbüsü ilə baş tutub.

Zəncanın dəmiryolu işçiləri, Qəzvin və Təbrizin tibb işçiləri əmək haqlarının az olmasına və qanunla nəzərdə tutulmuş hüquqlarının tapdalanmasına etiraz ediblər.

Bununla yanaşı, Xəyav (Meşkin) şəhəri Tibb bacısı və Təcili Tibbi Yardım Fakültəsinin tələbələri təhsil şəraitindən və tələbələrə verilən yeməklərin keyfiyyətsizliyindən narazı olduqlarını bildiriblər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90