image-rt-reklam
image-1backend

“Gümrüdəki hərbçilər və hərbi texnikaya Kurskda ciddi ehtiyac var” – “Paşinyanın da belə arzusu var…”

image-728x90

“Bizim ən böyük istəyimiz Rusiyanın Qarabağdakı hərbi kontingentinin Azərbaycan ərazisini tərk etməsi idi. Bu, vaxtından əvvəl baş verdi, çünki Rusiyaya Ukraynaya qarşı müharibədə hər hərbçiyə və zirehli texnikaya ehtiyacı var idi”.

Ulusal.az  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert hesab edir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın və onun hökumət üzvlərinin də oxşar arzusu var: “Rusiya Gümrüdəki hərbi bazasını qapadaraq hərbçilərini Kursk ətrafındakı döyüşlərə göndərsin. Müxtəlif mənbələrə görə, Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasında 5 minə yaxın hərbçisi, onlarla ağır zirehli texnikası var. Kreml Ukraynanın şərq cəbhəsində silahlı birliklərini Kursk istiqamətinə göndərməyə risq etmir. Çünki bu halda Ukraynaya öz ərazisini azad etmək üçün əks-həmlə imkanı yaranacaq. Kremlə Kursk istiqamətində əlavə qüvvələr lazımdır. Putin Gümrüdəki hərbi bazanı qapadıb hərbçilərini Rusiyanın ərazi bütövlüyünün təmininə cəlb etməklə, Paşinyanın Qərblə hərbi yaxınlaşmasını sürətləndirmiş olar”.

Təhlilçi qeyd edir ki, Kreml sahibi üçün bu gün ən ümdə vəzifə Cənubi Qafqazdakı son hərbi bazasını saxlamaqla, burada tənbəllik basan hərbçilərinin istirahətini davamına şərait yaratmaq deyil, imicinə dəydiyi zərbədən qurtulmaq və ərazi bütövlüyünü təmin etməkdir. “Bu gün Kreml üçün Rusiyanın ərazi bütövlüyünü təmin etmək, Ermənistanda hərbi varlığını davam etdirməkdən daha vacibdir”, – E.Şahinoğlu vurğulayıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90