Suraxanıda gözəllik salonunda iş yoldaşları arasında dava düşüb.
Ulusal.az xəbər verir ki, “N studio” adlı gözəllik salonunda çalışan iki xanım arasında əvvəlcə sözlü mübahisə yaranıb. Sonra onlar bir-birlərinin saçından tutaraq dava etməyə başlayıb.
Saçyoldu zamanı xanımlardan biri daha çox xəsarət alıb və digərindən şikayətçi olub. İş yoldaşları arasında barışıq olub və şikayət geri götürülüb.