image-rt-reklam
image-1backend

Gözəgörünməz qəhrəman: Ermənilərin qənimi olan Vətən Müharibəsi Qəhrəmanı 

image-728x90

44 günlük Vətən Müharibəsində Azərbaycan əsgəri düşməni cəbhənin bütün istiqamətlərində darmadağın etdi. Azərbaycan əsgərinin 44 günlük zəfər yürüşünün önündə gedənlər isə sözsüz ki, Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri idi. Yarandığı gündən ermənilərin qorxulu röyası olan Xüsusi Təyinatlı Qüvvələrimiz bir çox əməliyyatlar həyata keçirtmişdilər. Erməni mediası xüsusi təyinatlılarımızı gözəgörünməz adlandırırdı. Bunun da səbəbi var idi. Xüsusi Təyinatlılarımız düşmən içərisinə sızır, onları məhv edir və bir anda da yoxa çıxırdılar. 44 günlük savaşda “Yaşma” adını eşidən ermənilərin çoxu öz mövqelərini atıb qaçırdı. Bu dəfə haqqında söhbət acacağımız qəhrəmanımızda Xüsusi Təyinatlı Qüvvələrin gözəgörünməz qəhrəmanlarından biridir.

Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Ceyhun  Camalov.

Ceyhun Fikrət oğlu Camalov 17 yanvar 1983-cü ildə Quba rayonunun Yenikənd kəndində anadan olub. 1999-cu ildə şəhid Mehman Ağayev adına Yenikənd kənd tam orta məktəbini bitirdikdən sonra Heydər Əliyev adına  Ali Hərbi Məktəbə daxil olur.

Ali Hərbi Məktəbi əla qiymətlərlə başa vuran Ceyhun Camalov leytenant kimi xidmətə başlayır. Hərbi xidmətinin böyük hissəsini Xüsusi Təyinatlı Qüvvələrdə keçirən Ceyhun Camalov bir çox əməliyyatlarda iştirak edir. 2016-cı il Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə təltif edilir.

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin ilk günlərindən polkovnik-leytenantı Ceyhun  Camalov döyüşlərə atılır. Cəbrayıl, Füzuli, Hadrut və Şuşanın işğaldan azad edilməsi döyüşlərində igidlik göstərir.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Ceyhun Camalova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilir.

Qoşqar Salmanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90