image-rt-reklam
image-1backend

Göydən düşürülən rusların problemi: Türkiyə pulu qaytarır

image-728x90

Türk Hava Yollarının Latın Amerikasına uçuşlarından çıxarılan ruslar pullarını geri almağa başlayıblar, lakin onların bir çoxu problemlərlə üzləşib və vəkillərə müraciət etməli olub.

Ulusal.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Vera adlı zərərçəkənlərdən biri dərhal vəkillə əlaqə saxlayıb və o, ona aviaşirkətə yazmağı və mesajın göndərilməsi faktını qeyd etməyi tövsiyə edib. Rus qadın tövsiyələrə əməl edib. Bir neçə həftə sonra Türk Hava Yollarından cavab gəlib – qadına 3374 lirə (təxminən 177 manat) qaytarılıb.

Aprel ayında rusiyalı turist Qleb, Türk Hava Yollarının Meksikaya uçuşa icazə verməməsi səbəbindən ən azı 450 min rubl (8,595 manat) itirib. Ekspertlər bildirir ki, hazırda daşımalardan imtina halları azdır – belə hallar ayda bir və ya iki dəfə olur.

Bundan əvvəl rusların Türkiyədən Latın Amerikasına buraxılmasının kütləvi şəkildə dayandırıldığı bildirilirdi. Son bir ayda belə halların sayının minə çatdığı deyilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90