image-rt-reklam
image-1backend

Göyçə gölündə kef edən Paşinyan: Sonuncu dəfə Şuşada nə baş vermişdi?

image-728x90

Ermənistanın baş naziri Nikol Paşinyan 50 illik yubileyini Göyçə gölünün yanındakı “hökumətin yay iqamətgahında” keçirib.

Ulusal.az xəbər verir ki, Ermənistan mediası mərasimə hökumətin və hakim partiyanın üzvlərinin qatıldığını yazır.

“Hraparak” nəşri yubiley mərasimində iştirak edənlərin sayının kifayət qədər çox olduğunu qeyd edir: “Paşinyan əvvəlki ad günlərini “dar çevrədə” qeyd edirdi. 50 illik yubileyini isə geniş tərkibdə keçirib. Hakim partiyanın üzvlərindən birinin dediyi kimi, bu il təkcə yubiley yox, həm də seçkiqabağı hazırlıq və bir çoxları üçün vida mərasimi keçirilib. Çoxları gələn yay hökumətin siyahılarında olmaya bilər”.

Nəşr yazır ki, yubiley mərasimi gecə saatlarına qədər davam edib.

Paşinyanın yubileyini Göyçə gölünün sahilində keçirməsi 2019-cu ildə işğal altında olan Şuşada yallı gedib, konyak içməsini xatırladır. Həmin vaxt “Qarabağ Ermənistandır, nöqtə” deyən erməni baş nazir 44 günlük müharibə ilə torpaqlarımız azad ediləndən sonra sözünü geri götürməyə və “Qarabağ Azərbaycandır” deməyə məcbur oldu. Ermənistanda hələ də müzakirə edirlər ki, Paşinyanın Şuşada konyak içməsi və yallı getməsi müharibəni tətikləyən səbəblərən biri olub.

Erməni baş nazirin 50 illik yubileyini Göyçə gölünün sahilində – Qərbi Azərbaycan torpaqlarında keçirməsi ermənilərdə eyni narahatlığı yaradıb. Paşinyanın bir neçə gün öncə “Ermənistanda heç vaxt Qərbi Azərbaycan olmayacaq” açıqlaması da bu narahatlığı artırıb. Ermənilər düşünürlər ki, Paşinyanın “Qarabağ Ermənistandır, nöqtə” deməsinin nəticəsi kimi, “Ermənistanda Qərbi Azərbaycan olmayacaq” deməsinin də mənfi nəticələri ola bilər.Publika.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90