image-rt-reklam
image-1backend

Gör və yox et: Britaniya süni zəka ilə “ölüm maşını”nı işə saldı

image-728x90

Böyük Britaniya hərbi sahədə yeni mərhələyə qədəm qoyub. “Aşqardı” (Asgard) adlı yüksək texnologiyalı süni zəka əsaslı hədəf tanıma və zərbə sisteminin istifadəyə verildiyi açıqlanıb.

Ulusal.az xəbər verir ki, bu barədə məlumatı Britaniya Müdafiə Nazirliyi yayıb. Bildirilir ki, yeni sistem “gör və yox et” prinsipi ilə işləyir və döyüş meydanında düşmən hədəflərini anında müəyyənləşdirərək avtomatik məhv etmə qabiliyyətinə malikdir.

Sistemin əsas üstünlüyü süni zəka dəstəyi ilə insan faktorunu minimuma endirməsi və real vaxt rejimində kritik qərarlar verə bilməsidir. “Aşqardı” dronlar və digər pilotsuz hərbi platformalarla inteqrasiya edilərək həm kəşfiyyat, həm də hücum əməliyyatlarında istifadə olunacaq.

Britaniya rəsmiləri bu texnologiyanın gələcəkdə NATO-nun ortaq əməliyyatlarında mühüm rol oynayacağını bildiriblər. Müdafiə naziri sistemin xüsusilə Avropa təhlükəsizliyi kontekstində əhəmiyyətli rol oynayacağını vurğulayıb.

Qeyd edək ki, “Aşqardı” ilk dəfə bu il NATO-nun keçirdiyi “Aurora 2025” təlimlərində sınaqdan keçiriləcək. Analitiklər bu sistemin qlobal hərbi balansda yeni tendensiyalar yaradacağını hesab edir.Yenisabah.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90