Lənkəran şəhərində anadan olan Azərbaycan xalqının görkəmli oğlu, 2 dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş azərbaycanlı general-mayor Aslanov Həzi Əhəd oğlu təkcə güclü komandir deyildi. O eyni zamanda tanklar barədə çox sirrləri bilirdi. Həzi Aslanov dünyada yeganə tankist idi ki, bir mərmi ilə iki düşmən tankını vura bilirdi. Əfsanəfi Həzi Aslanov 32 yaşında Sovet İttifaqı Qəhrəmanı, 34 yaşında general olub. Dünyada yeganə komandir olub ki, döyüş zamanı digər komandirlər tankda lyuku örtüb hücuma keçəndə, Həzi Aslanov maşında oturub gedirmiş. O, özünü Allahın saxladığı insan kimi hiss edirmiş, ölümdən qorxmurmuş.
Akademik Samsonova görə, Aslanov inanırdı ki, o, ölə bilməz. Rus şovinst tarixçiləri gizlətməyə çalışsa da reallığı silə bilmirlər. Stalinqradın azad olunmasında Azərbaycan xalqının yetirdiyi böyük sərkərdə Həzi Aslanovun müstəsna xidmətləri vardır. Bu gündə rusların gizlətməyə çalışdığı bir fakt var. Lakin yeni məlumatlar illərlə gizli saxlanılan sirri açmağa kömək edir.
İkinci Dünya Müharibəsi zamanı müxtəlif silahlardan istifadə edilirdi. Üstəlik, bəzi silah növləri məhz bu münaqişə illərində yaranıb və geniş istifadəyə verilib. Cavab tədbirləri ilə bağlı irəliləyiş heç də həmişə vaxtında çatmırdı, buna görə də cəbhə xəttindəki əsgərlər təkbaşına çıxmalı olurdular bunun altından. Müharibə dövründə Sovetlərin ixtiyarında ən yaxşı tanklar var idi. Ağır KV-1 və KV-2, eləcə də orta T-34-76 tankları. Vermaxt üçün böyük təhlükə yaradırdı bu tankların döyüşlərdə iştirakı. Ona görə də Alman hərb sənayesində çalışan alimlər bu tanklara qarşı mübarizənin yolunu tez tapdılar. Alman əsgərlərini yeni tank əleyhinə kumulyativ qumbaraatanlarla təchiz etmək. 1942-ci ildə alman mühəndisləri kifayət qədər uğurlu bir maqnit kumulyativ mina “Hafthohlladung”-u yaratmağı bacardılar. Döyüş zamanı alman əsgərləri bu yeni mina növünü T-34-76 tanklarının üzərinə tullayırdılar və maqnit kimi yapışaraq böyük partlayış yaranırdı və içəridə olan ekipaja və tanka çox ciddi zərərlər vururdu. Almanlar sovetlərin neçə belə tankını məhv etməsi xəbəri gələndə ordu generalları bundan çıxış yolu axtarmağa başlayanda ideya Həzi Aslanovdan gəldi.
General gənc yaşlarında kərpic zavodunda fəhlə işlədiyi üçün çıxış yolunu tankın üzərinə sement vurulmasını təklif edir. Almanların atdığı “Hafthohlladung”- minaları tanka yapışmırdı, əgər manual olaraq yapışdırılsa belə partlayış böyük ziyan törətmirdi. Beləliklə Azərbaycanlı generalın ideyası sovet tanklarının və ekipajlarının qorunmasına xidmət edir. Lakin Baqramyanın əmri ilə Həzi Aslanovun ölümündən sonra bu fakt əksər sənədlərdən silinir.
Zaur Aliyev, dosent