image-rt-reklam
image-1backend

General HƏBS EDİLDİ

image-728x90

Rusiya müdafiə nazirinin keçmiş müavini, ordu generalı Pavel Popov saxlanılıb.

Ulusal.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

“Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Rusiya Federasiyası müdafiə nazirinin keçmiş müavini, ehtiyatda olan ordu generalı Pavel Popova qarşı cinayət işi açıb”, deyə Petrenko qeyd edib.

O əlavə edib ki, keçmiş müdafiə nazirinin müavini dələduzluqda şübhəli bilinir. İstintaqın məlumatına görə, Popov “Patriot” parkının hesabına Moskva vilayətinin Krasnoqorsk rayonundakı bağ evində tikinti və təmir işləri həyata keçirib, habelə müəyyən maddi sərvətlərin verilməsini təşkil edib.

İstintaq həmçinin müəyyən edib ki, Popov və onun ailə üzvləri Moskvanın prestijli ərazilərində, eləcə də Moskva vilayətində və Krasnodar diyarında çoxsaylı daşınmaz əmlaka sahib olublar. Onların ümumi dəyəri 500 milyon rubldan çoxdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90