image-rt-reklam
image-1backend

General ABŞ-ın planını açıqladı: Çini cilovlamaq üçün bunu edəcək

image-728x90

ABŞ Müdafiə Nazirliyi yaxın vaxtlarda Asiyada orta mənzilli raketlər yerləşdirməyi planlaşdırır.

Ulusal.az xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Sakit okeandakı quru qoşunlarının komandanı, general Çarlz Flinn çıxış edib. “Asahi” ilə söhbətində o, bu tədbirlərin Çinin raket imkanlarını cilovlamaq üçün zəruri olduğunu deyib.

“Biz regiondakı müttəfiqlər və tərəfdaşlarla əməkdaşlıq etməyi planlaşdırırıq və tezliklə raketləri yerləşdirməyə qərar verdik”, – general vurğulayıb. Ancaq bunun hansı silah növü olduğunu, nə vaxt quraşdırılacağını və hansı yerlərdə olacağını Flinn açıqlamayıb.

Media nümayəndələri onun “Tomahawk” qanadlı raketlərini və SM-6 zenit raketlərini buraxa bilən “Typhon” buraxılış qurğularını nəzərdə tuta biləcəyini irəli sürdülər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90