image-2000x150
image-endirme-2backend

Gender siyasəti

image-728x90

Gender problemi və gender bərabərliyinin təmin olunması dünyanın bir çox ölkələrində aktual problemlər sırasında durur. Bu, ilk növbədə iqtisadi və sosial sahədə gender bərabərsizliyi amilinin insan resurslarının keyfiyyətinin pisləşməsindən irəli gəlir. Belə ki, problemin ciddi xarakter alması sosial-iqtisadi tərəqqiyə mane olur, insan kapitalının inkişafında mövcud sistemin səmərəliliyini aşağı salır və nəhayət, cəmiyyətdə sosial ədalətsizliyin dərinləşməsinə gətirib çıxarır.

Gender bərabərliyi demək olar ki bütün ölkələrdə özünü göstərir, bunun qarşısını almaq üçün bir çox tədbirlər, konfranslar təşkil olunur, lakin təssüflər olsun ki bu sahədə böyük irəliləyişlər əldə etmək mümkün olmur.
Gender probleminin həll edilməsi məqsədilə Azərbaycan Respublikasında bir sıra tədbirlər həyata keçirilməkdədir. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması və səmərəli fəaliyyəti nəticəsində ölkədə bir çox gender problemi aradan qalxmaqdadır. Milli Məclis Aparatı rəhbərinin xidmətinin Gender məsələləri sektorunun müdiri Vəfa Əfəndiyeva bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində, o cümlədən qadınların hüquqlarının təmin edilməsində, cinsi ayrı-seçkiliyə son qoyulmasında, məişət zorakılığı ilə mübarizədə böyük nailiyyətlərə imza atıb.
Azərbaycanda gender bərabərliyi sahəsində qanunvericiliyin uyğunlaşdırılması və icra olunmasında Milli Məclisə dəstək məqsədi ilə Tvinninq layihəsini Avropa Birliyinə təqdim edib. Hər bir sahədə olduğu kimi gender bərabərliyində də dövlətin dəstəyi ilə nailiyyətlər əldə olunub və bu nailiyyətlərin daha da artırılması üçün biz əlimizdən gələni etməliyik.

Şəlalə Hüseynova,
Nəsimi rayon gənci

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90