image-rt-reklam
image-1backend

Gənclərimizi xarici təsirlərdən qorumalıyıq

image-728x90

“44 günlük Vətən Müharibəsindən sonra ölkəmizə xaricdəki müəyyən maraqlı dirələrin hücumları artıb. Əsasən ideoloji təxribat xarakteri daşıyan bu hücumlarda gənclərimiz hədəf götürülür. Azərbaycan gəncini milli ruhdan ayırmaq, Vətənə, dövlətə məhəbbət hissindən yayındırmaq, kosmopolit bir gənc kimi formalaşdırmaq məqsədi qarşıya qoyulub. Bu məqsədlə həmin xarici dairələr, bu istiqamətdə fəaliyyət göstərən bəzi beynəlxalq qeyri-hökumət təşkilatları Azərbaycan gəncləri arasında öz çirkin planlarını həyata keçirmək istəyirlər”.

Newscenter.az xəbər verir ki, bu fikirləri “Təhsilə Dəstək və Maarifləndirmə” İctimai Birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, Azərbaycana qarşı ideoloji təxribat həyata keçirən həmin qüvvələr əsasən də təhsil müəssisələrini hədəf seçirlər:

“Gənclərimizi ailə dəyərlərindən uzaqlaşdırmaq, Avropanın milli mentalitetimizə zidd hərəkətlərini gənclərimiz arasında təbliğ etmək, onları da öz çirkin əməllərinə alət etmək üçün dəridən-qabıqdan çıxırlar”.

Ruhiyyə Mehdiyeva deyib ki, bu səbəbdən gənclərlə, xüsusilə ali təhsil müəssisələrində oxuyan tələbələrlə işi daha da intensivləşdirməli, onları xarici təsirlərdən qorumalıyıq. Ümid edirəm ki, bu istiqamətdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti nümayəndələrinin müvafiq qurumlarla koordinasiyalı işi gənclərimizi bu kimi təhlükələrdən qoruya bilər”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90