image-2000x150
image-img-20240429-wa0204backend

“Gənclər Gələcəkdir” adlı tədbir keçirildi – FOTOLAR

image-728x90

Gənclik bu günümüz, sabahımızdır. Gənclik daim inkişafdadır və bu dinamika həyatın tələbidir. Gənclər və onların inkişafı ilə bağlı mövzular, onların fikir və düşüncələri, cəmiyyətə münasibəti bütün zamanlar üçün aktualdır.
Bu mövzuları əsas tutaraq Sumqayıt Dünya məktəbi, Xəzər Universiteti, Sumqayıt Dövlət Universiteti və GİKM-in Abşeron-Xızı regional nümayəndəliyinin birgə əməkdaşlığı ilə “Gənclər Gələcəkdir” adlı tədbir keçirildi.
Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə “Müasir gənclər və milli-mənəvi dəyərlərimiz”, “Təhsilin dünyaya açdığı pəncərə”, “Beynəlxalq təhsilin Azərbaycan məktəblərinə təsiri”, “Dissiplin – zəfərin ilk pilləsi”, “Yeni dövrün bacarıqları və şagird profili”, “Xaricdə təhsil imkanları”, “Sahibkarlıqda öz yolunu açmaq”, “Yumşaq bacarıqların inkişaf etdirilməsinin vacibliyi” və “Gənclik və karyera hazırlığı: Uğura gedən yol” mövzularında məruzələr dinlənildi.
Tədbirdə Xəzər Universiteti və Dünya Məktəbinin təsisçisi Professor Hamlet İsaxanlı, Dünya Məktəblərinin baş direktoru Aygün İsayeva, Dünya İB Məktəbinin Direktoru Rəna Həsənova, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov və Dünya Məktəbinin məzunları öz məruzələrində təhsil sahəsində müasir dövrün tələbləri haqqında son dərəcə maraqlı fikirlər yürütdülər. Sumqayıt Dünya Məktəbinin direktoru Çiçək Qaracayevanın rəhbərliyi və şagirdlərinin iştirakı ilə yeniyetmələr və gənclərə həsr olunmuş film tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Rəsmi qonaqlar çərçivəsində Milli Məclisin deputatı Müşfiq Məmmədli, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər təşkilatının sədri Mətanət Məhərrəmova, həmçinin Asan xidmət 1, Asan xidmət 2, Neftçala rayon təhsil sektoru, Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən məktəb rəhbərləri və şagirdlər, Sumqayıt Dövlət Universiteti, Sumqayıt Dövlət Kolleci, Bakı Mühəndislik Universiteti, Qızıl Aypara Cəmiyyəti əməkdaşları və digər qonaqlar iştirak etdilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90