“Bu birmənalıdır ki, gənclər ölkənin gələcəyidir. Gələcəyin parlaq, bacarıqlı, savadlı olması üçünsə gənclər qeyd edilən sahələrdə daha fəal olmalı, müasir bilik və bacarıqlara yiyələnməlidirlər. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sentyabrın 23-də VII çağırış Milli Məclisin açılışında çıxışı zamanı gənclərə yönəlik mesajlarından hər bir gənc nəticə çıxarmalı, dövlət başçısının tövsiyələrini gələcək fəaliyyətlərində nəzərə almalıdır”.
Bu fikirləri Newscenter.az-a “Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək” İctimai Birliyinin sədri Susana Məmmədova səsləndirib. İctimai Birlik sədri deyib ki, dövlət, şəxsən dövlət başçısı gənclərə öz potensiallarını, bilik və bacarıqqlarını ortaya qoymaq üçün kifayət qədər şərait yaradıb, onlar üçün imkanlar açılıb6
“Gənclərin isə qarşısında duran yeganə vəzifə göstərilən etimadı doğrultmaq, Azərbaycan dövləti, xalqı üçün faydalı işlər görməkdir. Prezidentin də qeyd etdiyi kimi gənclər bilikli və savadlı olmalı, vətənpərvər ruhda böyüməlidirlər”.
Susana Məmmədova onu da qeyd edib ki, məhz dövlətin uğurlu gənclər siyasətinin nəticəsi idi ki, 44 günlük Vətən Müharibəsində gənclərimiz misilsiz qəhrəmanlıqlar göstərərək 30 ilə yaxın işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdilər:
“Buna rəğmən gənclərlə iş hər zaman prioritet olaraq qalır. Onların milli şurda, vətənpərvər böyüməsi üçün müvafiq addımlar atılır. Əgər bütün bu fəaliyyətlər ortaya qoyulmasa gənclərimiz yad təsirlərə düşər, milli ruhdan uzaq olarlar”.
İctimai Birlik sədri əmin olduğunu bildirib ki, cəmiyyətin hər bir üzvü kimi, gənclərimiz də Cənab Prezidentin parlamentdəki proqram xarakterli çıxışından nəticə çıxaracaqlar.