image-2000x150
image-4backend

Gənclər  cəmiyyətimizin fəal hissəsidir

image-728x90

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda mübarizədə gənclərin qətiyyəti, Vətənə sədaqəti, mübarizliyi, əqidə əsgəri olması mübarizənin təşkilatlanmasında mühüm əhəmiyyətə malik oldu. İmperiya Bakıya qoşun yeridəndə də gənclər buna qarşı çıxanların öncüllərindən oldu.

Böyük tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan gəncliyinin yoluna günəş doğdu, gənclər siyasəti dövlətin başlıca vəzifələrindən biri oldu. Ən böyük azərbaycanlı olan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən həmin gün Gənclər Günü elan edildi.

Azərbaycanda Gənclər Günü təsis edilməsi Azərbaycan cəmiyyətinin dövlətçilik siyasətini müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin göstərişi ilə ölkəmizdə islahatlara start verildi. Ulu Öndərin çox düzgün  qərarı  ölkəmizdə gənclər üçün  yeni imkanlar açdı, yeni şərait yaratdı.

Ulu Öndər bu siyasəti  müstəqil Azərbaycan dövlətinin  fəaliyyətinin  ən mühüm istiqamətlərindən  biri kimi dəyərləndirib. Gənclər və İdman Nazirliyinin yaradılması, müstəqil  Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun  keçirilməsi, gənclər siyasəti ilə bağlı dövlət proqramlarının qəbulu  Ümummilli liderin gənclərə böyük qayğısının bariz nümunəsi idi.

Azərbaycan gəncliyi göstərilən diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini də dərk edir, Azərbaycan Respubliksının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.

Dövlət başçımızın  sərəncamları əsasında təsdiq edilmiş  “ 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət proqramı”na uyğun olaraq  gənclərimizin xarici ölkələrdə təhsil almaları üçün  geniş imkanlar yaradıldı. 2007-ci ildə ölkədə gənclər ili elan olundu. Cənab Prezident İlham Əliyevin  Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının qəbulu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması əsası Ulu Öndər tərəfindən  qoyulmuş gənclər siyasətinin elmi-nəzəri əsaslarla bağlılığının, əməli nəticəliliyinin, davamlılığının daha bir əyani sübutudur… “2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf strategiyası” nın, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın təsdiq edilməsinə dair  sərəcamların imzalanması gənclərlə bağlı məsələlərin həllini aktuallaşdırdı.

Bu gün ölkəmizdə gənclər siyasəti  yeni inkişaf  dövrünə qədəm qoyub. Ulu Öndərin  gənclər siyasətinə  sadiqliyini öz qərarları ilə təsdiq edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi,xarici ölkələrdə təhsili,sosial müdafiəyə ehtiyacı olanların problemlərinin  həlli, gənclər təşkilatlarının  formalaşması və inkişafına  diqqət və qayğı ilə yanaşır. Gəncliyə dövlət qayğısı sağlam və intellektual  nəslin formalaşmasına xidmət edir, gələcəyə böyük inamla baxmağa əsas verir.

Ölkə başçısının müdrik  tapşırıq və tövsiyələrini əldə rəhbər tutaraq cəmiyyətimizin aparıcı qüvvəsi və fəal təbəqəsi  olan muasir, bilikli, istedadlı,bacarıqlı və təşəbbüskar  gənc kadrlara  böyük imkanlar yaradılır. Onlar məsul   vəzifələrə irəli çəkilir. Ölkə rəhbəri imzaladığı sərəncamlarla g’ncl’r  nazir, nazir müavini və icra başçısı vəzifələrinə təyin edilirlər.Nəticədə. gənclərin  təşəbbüsləri, onların əməyi  bu gün ölkəmizin həyatında hər yerdə görünməkdədir. Bir sözlə,  gənclərin  fəaliyyəti dövlətimizin  tərəqqisinə  öz layiqli töhfəsini verir.

Azərbaycan gəncliyi seçdiyi və sevdiyi Prezidentinin ətrafında sıx birləşib. Bu, İkinci Qarabağ müharibəsində də öz təsdiqini tapdı. Azərbaycan Ordusunun şəxsi heyətinin böyük bir hissəsi gənclərdir. Bu ordu Ali Baş Komandanın sərkərdəliyi ilə Vətən müharibəsində tarixi Zəfər qazandı.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyev bununla bağlı demişdir ki, gənclər  cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq, gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşmuşlar. Bizim şəhidlərimizin  böyük əksəriyyəti bu gün Azərbaycan  gəncləridir. Bizim gənclərimiz  hərbi qələbələrimizi şərtləndiriblər. Gənclər Zəfərdən sonra işğaldan azad edilmş ərazilərdə quruculuq işlərində də dövlətə, dövlətçiliyə sədaqətlə çalışacaqlar…

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

 

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90