Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib.
Ulusal.az Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib.
İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə şagirdlər arasında dava olub, xəsarət alan var.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib ki, aprelin 16-da 4-cü dərs saatından sonrakı tənəffüs zamanı sanitar qovşaqda Gəncə şəhər A.Ələsgərli adına 36 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Əziz Vəliyev sinif yoldaşı Oruc Quliyevin ayaq hissəsinə kəsilmiş şüşə parçası ilə xəsarət yetirib.
“Oruc Quliyevi xəstəxanaya aparıblar, vəziyyəti normaldır. Hazırda Gəncə şəhəri üzrə təhsil sektoru və hüquq-mühafizə orqanlarının əməkdaşları məktəbdədirlər”, – məlumatda qeyd olunub.