image-rt-reklam
image-frocw3wufysw23v51a4dbe8ppdge2yjqmtg9l1ms_1200backend

Gəncədə “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” Forumu keçirilib – FOTO

image-728x90

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Gələcək Naminə” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində “Rəqəmsal Təhlükəsizlik və Sərhədlər” adlı forum baş tutub.

Yurd.Media xəbər verir ki, tədbirdən əvvəl rəsmi qonaqlar və iştirakçılar Ümummilli Lider Heydər Əliyevin heykəlini ziyarət edərək, önünə gül dəstələri düzüblər.

Forumun açılışında layihə rəhbəri Tural İsaqov çıxış edərək tədbirin məqsəd və vəzifələrini təqdim edib. Layihə eksperti Xəyalə Rəis isə rəqəmsal təhlükəsizliyin gənclərin inkişafı və şəhər ictimaiyyəti üçün əhəmiyyətini vurğulayıb.

Forumda spiker qismində çıxış edənlər arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə, YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov, X-link şirkətinin rəhbəri Əhməd Zülfüqarov və hüquq müdafiəçisi Əhməd Şahidov yer alıblar. Onlar rəqəmsal təhlükəsizlik mövzusu ətrafında məruzələrlə çıxış edib və gənclərin ünvanladıqları sualları cavablandırıblar.

Forum tanınmış jurnalist Firəngiz Cəlilovanın moderatorluğu ilə keçirilib.

Forumda həmçinin Gəncə şəhər Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Kəpəz Bələdiyyəsinin sədri Yaşar Abdullayev, Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsinin gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə, Gənclər İnkişaf Naminə İctimai Birliyinin sədri Göyüş Şəfizadə, Ekoloji Rezonans İctimai Birliyinin sədri Leyla Məmmədova, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin rəhbəri Lamiyə İsazadə, gənc alim və Prezident mükafatçısı Elnur Həsənov, Gəncə Heydər Əliyev Mərkəzinin rəhbəri İlknur İsgəndərova eləcə də şəhər ictimaiyyətinin nümayəndələri və 200-dən çox gənc iştirak edib.

Forum çərçivəsində rəqəmsal təhlükəsizliyin aktual çağırışları, virtual mühitdə etik davranış normaları və texnologiyanın sosial təsirləri geniş müzakirə olunub. Tədbir, gənclərin rəqəmsal savadlılığının artırılması, kiber təhdidlərə qarşı dayanıqlılığının gücləndirilməsi və informasiya təhlükəsizliyi sahəsində maariflənməsinə mühüm töhfə kimi dəyərləndirilib.

image-qlj4i0uc1tb5lt7gyes9cvn8xwo15mbpuwus93xa_1200 image-9hbgb6ytarrtqoihdmlyhm47nxjwnf9qvbejkkaf_1200 image-p9b1v8haqltns5vmrmjyogqenbrfebehtaoidjie_1200 image-foumxwhrryvaqbrfwzoisep3ftlyccd0uq2nhhp4_1200 image-frocw3wufysw23v51a4dbe8ppdge2yjqmtg9l1ms_1200

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90