Gəncə Dövlət Universitetində Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramları haqqında tələbələrlə məlumatlandırıcı görüş keçirilib.
Alman Akademik Mübadilə Xidmətinin (DAAD) ölkəmiz üzrə lektoru Lisa Brandt sözügedən təşkilatın fəaliyyəti və Gəncə Dövlət Universiteti ilə mövcud əməkdaşlıq əlaqələri barədə ətraflı danışıb. 2023/2024-cü tədris ilində təqaüd proqramlarına müraciət qaydaları haqqında məlumat verib. Bildirilib ki, DAAD tələbələrə Almaniyada təqaüdlü təhsil almaq imkanı yaradan akademik mübadilə proqramıdır.
Görüşdə universitetin Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov, Alman dili kafedrasının müdiri Elvin Atakişiyev, kafedranın baş müəllimi Vüsalə Kərimova təqaüd proqramlarının və tələbə mübadiləsinin əhəmiyyətindən söhbət açıblar.
Sonda tələbələri maraqlandıran suallar ətraflı cavablandırıb.