image-rt-reklam
image-image_870x_670b875cbc3d4backend

Gənc yazarın meyiti evindən tapıldı – Bakıda + FOTO 

image-728x90

Bakının Nizami rayonunda bədbəxt hadisə baş verib.

Ulusal.az xəbər verir ki, hadisə rayonun Cəmşid Naxçıvanski küçəsi, bina 43, mənzil 84 ünvanında qeydə alınıb. 27 yaşlı Ayxan Kaşanlının meyiti yaşadığı evdə tapılıb.

Xatırladaq ki, mənzildən meyiti tapılan Ayxan Kaşanlı gənc yazar olub. Onun eyni zamanda kuryer işlədiyi də bildirilir.

Mərhumun qonşularının sözlərinə görə, A.Kaşanlı subay idi, bacısına və onun uşaqlarına baxırdı:

“Hadisə günü bacısı işdə, uşaqları isə evdə olub. Bacısı səhər evə gələndə qardaşının meyitini görüb. Çox əziyyət çəkən uşaq idi. Motosikletlə kuryerlik edirdi”.

Faktla bağlı araşdırma aparılır.

Fotoda Ayxan Kaşanlı

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90