Ağdaş rayonunda çay evində dava olub.
Ulusal.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 18-də baş verib.
Həmin gün saat 23.30-da Ağdaş rayonu Qəbələ dördyolu deyilən ərazidə yerləşən “FBE klub” çay evində 1995-ci il təvəllüdlü Rövşən (ad şərti verilib – red.) adlı müştəri ucadan qışqıraraq səs-küy salıb, ünvansız küçə söyüşləri söyib.
Ona ictimai qaydanı pozması ilə bağlı ərazidə olan polis əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq polis əməkdaşlarının qəsdən qanuni tələbinə tabe olmayıb.
Bu səbəbdən Rövşənin barəsində Ağdaş rayon polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddələri ilə inzibati qaydada protokol yazılıb.
İş üzrə izahat verən Rövşən bildirib ki, həmin vaxt sərxoş və əsəbi olduğu üçün ünvansız söyüşlər söyüb. O, tutduğu əməldən peşman olduğunu söyləyib.
Ağdaş rayon Məhkəməsinin qərarı ilə Rövşən 20 gün müddətinə inzibati həbs edilib.Demokrat.az