image-2000x150
image-ayvbackend

Gənc müəllimə yüksək vəzifə verildi – FOTO

image-728x90

Bakı Dövlət Universitetinin rektoruna yeni müşavir təyin olunub.

Ulusal.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) şöbə müdiri, 1992-ci il təvəllüdlü Asiman İlyasov Bakı Dövlət Universiteti rektorunun keyfiyyət təminatı üzrə müşaviri təyin olunub. Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

A.İlyasov 2015-2020-ci illərdə ali təhsil müəssisələrində “Əlavə təhsil bölməsi”nin rəhbəri, “Gənc müəllimlərin hazırlanması bölməsi”nin rəhbəri, “İnsan resurslarının təlimi və inkişafı şöbəsi”nin müdiri, “Keyfiyyət təminatı şöbəsi”nin müdiri kimi müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən TKTA-da əmək fəaliyyətinə başlayıb. 2021-ci ildə həmin qurumda “Təlim və metodologiya şöbəsi”nin müdiri vəzifəsinə təyin olunub.

Asiman İlyasov, eyni zamanda, 2018-ci ildən 2023-cü ilədək müxtəlif vaxtlarda Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti və Bakı Biznes Universitetində akademik fəaliyyətlə məşğul olub.

Bütün bunlarla yanaşı, ERASMUS+EQAC (Azərbaycan ali təhsil müəssisələrində keyfiyyət təminatı mərkəzlərinin yaradılması) layihəsində layihə meneceri, ERASMUS+CRENG layihəsində isə xarici keyfiyyət təminatçısı kimi yaxından iştirak edib. Türkiyə, Litva, İspanya, Çin, İngiltərə və İsveçdə keyfiyyət təminatına və insan resurslarının idarəedilməsinə dair müxtəlif təlimlərə qatılıb.

Doktorantura təhsilini 2023-cü ildə bitirib və hal-hazırda The George Washington Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında icra olunan “ Təhsil siyasəti və liderlik” ixtisası üzrə ikili diplom proqramında ikinci magistratura təhsilini davam etdirir.publika

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90