image-rt-reklam
image-1backend

Gəmi və təyyarə “qatili” – Ukrayna yeni dronları nümayiş etdirir

image-728x90

Ukrayna hərbi kəşfiyyatı həm dəniz, həm də hava hədəflərinə qarşı istifadə edilən “Maqura” pilotsuz təyyarələrinin yenilənmiş versiyasını nümayiş etdirib.

Ulusal.az  xəbər verir ki, onların istifadə olunduğu iki il ərzində 17 obyekt vurulub, hədəflərdən 15-i tamamilə məhv edilib.

Ukrayna tərəfinin məlumatına görə, hədəflər arasında Mi-8 helikopterləri və Rusiyanın Qara dəniz donanmasının bir neçə iri gəmisi, o cümlədən “Sergey Kotov”, “İvanovets” və “Sezar Kunikov” kreyserləri var. Kəşfiyyat iddia edir ki, bu dronlar bu yaxınlarda Rusiyanın iki Su-30 qırıcısını vurub.

Qeyd olunur ki, bu pilotsuz təyyarələr sayəsində Ukrayna Qara dənizdəki mövqelərini möhkəmləndirib. Onların Rusiya tərəfinə vurduğu ümumi ziyan təxminən yarım milyard dollar qiymətləndirilir.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90