Maliyyə naziri Samir Şərifov deyib ki, 2025-ci ildə Ağdərə və Xankəndi də büdcədən dotasiya almadan öz xərclərini təmin edəcək.
Ulusal.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.
Xatırladaq ki, “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində şəhər və rayonlar üzrə gəlirlər 15 500 000 000,0 manat, o cümlədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məqsədli büdcə fonduna aid olan məbləğ 152 100 000,0 manat, yerli xərclər 800 335 000,0 manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 14 552 852 000,0 manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 5 287 000,0 manat məbləğində təsdiq edilib.
Gələn il cəmi 5 rayon dövlət büdcəsindən 5 287 000,0 manat maliyyə vəsaiti alacaq.
Bunlar aşağldakılardı:
Cəbrayıl – 683 000 manat;
Xocalı – 994 000 manat;
Xocavənd – 1 084 000 manat;
Kəlbəcər – 1 149 000 manat;
Yardımlı – 1 377 000 manat.