Ermənistanın baş naziri Nikol Paşinyan Bəndər Abbas limanında baş verən partlayış nəticəsində ölənlərlə bağlı hadisədən beş gün sonra İran liderlərinə başsağlığı verib.
Ulusal.az xəbər verir ki, Nazirlər Kabinetinin saytında yerləşdirilmiş məlumatda bildirilir ki, Paşinyan İranın ali dini lideri Ayətullah Əli Xamenei və prezident Məsud Pezeşkiana ünvanladığı teleqramlarda hadisədən dərin ağrı ilə xəbər tutduğunu qeyd edib və yararlıların tezliklə sağalmasını arzulayıb.
“Bu çətin anlarda biz sizə və dost İran xalqına dəstək və həmrəylik sözlərimizi bildiririk”, – Paşinyan qeyd edib.
Xatırladaq ki, ötən şənbə İranın Bəndər Abbas limanında güclü partlayış baş verib. Son məlumatlara görə, 70 nəfər həlak olub, 1200-dən çox insan yaralanıb.