image-rt-reklam
image-1backend

Füzulinin azad edilməsi Azərbaycan əsgərinin qəhrəmanlıq səlnaməsidir – politoloq

image-728x90

2020-ci ildə Füzuli şəhərinin işğaldan azad olunması Azərbaycan Ordusunun və əsgərinin qəhrəmanlıq rəmzinə çevrildi. Bu fikri politoloq Arzuman Muradlı bildirib. Onun sözlərinə görə, Füzulinin azad edilməsi təkcə hərbi qələbə deyil, eyni zamanda, Azərbaycan xalqının milli ruhunun, ordu ilə xalq birliyinin təcəssümüdür.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edir ki, qısa müddət ərzində Azərbaycan əsgəri düşmənin 30 il ərzində qurduğu müdafiə xəttini yararaq, Füzuli şəhərini azad etməyə nail oldu. O xüsusilə vurğulayıb ki, erməni tərəfinin “keçilməz” adlandırdığı Ohanyan səddi bu əməliyyat zamanı darmadağın edildi:

“Düşmən düşünürdü ki, Azərbaycan Ordusu bu maneələri aşa bilməz. Lakin Azərbaycan əsgəri öz gücünü, iradəsini və vətən sevgisini ortaya qoyaraq bu planları alt-üst etdi və Füzulini azad etdi. Bu şəhər faktiki olaraq Qarabağın açarı sayılırdı və onun azadlığı strateji baxımdan da çox mühüm idi.”

Arzuman Muradlı əlavə edib ki, Füzuli əməliyyatı həm də ermənilərin dağlıq ərazilərdə qurduğu əsas mövqelərinin dağıdılması ilə nəticələndi. Onun sözlərinə görə, bu qələbə Azərbaycan ordusunun döyüş hazırlığı və texniki üstünlüyünün real nəticəsi olmaqla yanaşı, həm də xalqın öz torpaqlarına sahib çıxmaq əzmini nümayiş etdirdi.

Politoloq hesab edir ki, bu uğur Azərbaycan tarixində xüsusi yer tutacaq və gələcək nəsillərə qəhrəmanlıq nümunəsi kimi ötürüləcək.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90